2023/12/kenan-1703247364.jpg

line
Adı: Ağayev
Soyadı: Kənan
Ata adı: Vahid
Doğum tarixi: 09.09.2002
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Ağayev Kənan Vahid oğlu 9 sentyabr 2002-ci ildə Oğuz rayonu, Xalxal kəndində anadan olub. Oğuz rayonu İntizam Rəhimov adına Qumlaq kənd orta məktəbində orta təhsil alıb.

Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağayev Kənan Vahid oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonunda şəhid olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən əsgər Ağayev Kənan Vahid oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.








Memorial.az