2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı şəhid olan əsgərlərdən biri də Ağayev Ceyhun Etibar oğludur.
Ceyhun Ağayev 29.04.1987-cü il tarixdə Salyan rayonu,Şorsulu kəndində anadan olub.
27 sentyabr 2023-cü il tarixdə şəhid olub.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Ağayev Ceyhun Etibar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.