2024/01/sehid-3408194952.jpg

line
Adı: Babazadə
Soyadı: Əli
Ata adı: Rüstəm
Doğum tarixi: 13.07.1990
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kiçik-leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Düşmən təxribatının qarşısını almaq məqsədilə həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan leytenant Əli Rüstəm oğlu Babazadə 14 il idi xidmət edirdi.

Astara rayonunun Kələdəhnə kəndində anadan olan şəhidimiz vətəni öz canından çox sevib.

O, 44 günlük müharibədə də böyük qəhrəmanlıqlar göstərib.



Antiterror tədbirləri zamanı axırıncı dəfə ailəsi ilə danışaraq, “hər şey yaxşıdır, təki Vətən sağ olsun, vətən üçün canımızdan, qanımızdan keçməliyik” demişdi şəhid leytenant Əli Babazadə.

Qeyd edək ki, Əli Babazadə ailəli idi. Bir qız, bir oğlan övladı var idi.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən kiçik-leytenant Babazadə Əli Rüstəm oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.