2024/01/sehid-1704102078.jpg

line
Adı: Balabəyli
Soyadı: Elcan
Ata adı: Vasif
Doğum tarixi: 12.03.1992
Şəhid olub: 19.09.2023
Rütbəsi: Kapitan
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 15 saylı orta məktəbdə orta təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "kapitan" hərbi rütbəsinə qədər yüksəlib.

Nümunəvi xidmətlərinə görə “Qüsursuz xidmətlərə görə” və “Azərbayan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.

Vətən Müharibəsində qəhrəmancasına iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Balabəyli Elcan Vasif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib.