Qalaxudat kənd orta məktəbində təhsil alıbdır.
2018- ci ilin iyulunda həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb.
2020- ci ilin avqust ayında Gizir rütbəsi ilə yenidən Ordu sıralarına qayıdıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bayramov İxtiyar, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.
Ailəli idi.
Memorial.az