2024/01/sehid-1704217979.jpg

line
Adı: Bədəlov
Soyadı: Oruc
Ata adı: Arif
Doğum tarixi: 05.12.2002
Şəhid olub: 19.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni

Bədəlov Oruc Arif oğlu 05.12.2002-ci il tarixdə Gəncə şəhərində anadan olub.

Oruc Arif oğlu Bədəlov 19 sentyabr tarixində başlayan antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb.

22 sentyabr Orucla vida mərasimi keçirilib. Ailəsi, qohumları, dost-tanışı, şəhər sakinləri və rəsmi şəxslər Bədəlovla vidalaşıblar.

Oruc Bədəlov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Qeyd edək ki, Oruc Bədəlovun 5 ay öncə anası dünyasını dəyişib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Bədəlov Oruc Arif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.




Memorial.az