Bilalov Sərxan İsmət oğlu 1989- cu ilin may ayının 31- də Qax şəhərində dünyaya gəlib.
Qax şəhəri şəhid E. Babayev adına 4 saylı tam orta məktəbində təhsil alıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bilalov Sərxan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.