2024/01/sehid-1704351126.jpg

line
Adı: Canbaxışov
Soyadı: Xəyal
Ata adı: Xeyrulla
Doğum tarixi: 09.01.2003
Şəhid olub: 19.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Canbaxışov Xəyal Xeyrulla oğlu 09.01.2003-cü il tarixdə Mingəçevir şəhərində anadan olub.

Mingəçevir 11 saylı məktəbin məzunu olub.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı şəhid olub.

Şəhidin atası Xeyrulla Canbaxışov oğlu ilə antiterror tədbirlərindən 3 gün əvvəl görüşdüyünü deyib: “Sevinclə deyirdi ki, dron uçururam, gedib başlarını əzəcəyəm”.

X.Canbaxışovun sözlərinə görə, Xəyal son anlarında ailəsi ilə əlaqə saxlayıb: “Bacısına mesaj göndərib ki, dronun birini başlarına vurdum, birini də səngərlərinə. Bir saat sonra isə minaatan atəşinə düşüb”.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Canbaxışov Xəyal Xeyrulla oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Memorial.az