2024/01/sehid-1704356809.jpg

line
Adı: Cəfərov
Soyadı: Elşad
Ata adı: Malik
Doğum tarixi: 27.11.1999
Şəhid olub: 19.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Cəfərov Elşad Malik oğlu 27.11.1999-cu il tarixdə Sabirabadın Qalağayın kəndində anadan olub.

Əslən Füzuli rayonunun Dövlətyarlı kəndindəndir. Hələ uşaqlıq çağlarından torpaqlarımızın azad ediləcəyi ümidi ilə yaşayan Elşad Cəfərov Vətən müharibəsində böyük igidliklə iştirak edib. Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub.

O, "Füzulinin işğaldan azad olunmasına görə", "Xocavəndin işğaldan azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

2022-ci ilin oktyabr ayında könüllü olaraq komando kurslarına qatılıb və “N” saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirində iştirak edən Elşad bir neçə yüksəkliyin terrorçulardan təmizlənməsində xüsusi ilə fərqlənib və bu döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Elşadın əmisi oğlu Əli Cəfərli İkinci Qarabağ müharibəsində, əmisi isə Birinci Qarabağ müharibəsində şəhid olub.







Memorial.az