2024/01/oleq-1704438359.jpg

line
Adı: Cəfərov
Soyadı: Oleg
Ata adı: Qlıç
Doğum tarixi: 04.11.1989
Şəhid olub: 20.09.2023
Rütbəsi: Gizir
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Cəfərov Oleg Qlıç oğlu 1989- cu ilin noyabr ayının 4- də Qusar rayonunda dünyaya gəlib.

Qusar rayon Zabit Rizvanov adına İmamqulukənd kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cəfərov Oleg Qlıç oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.

Qusar, İmamqulukənd kənd qəbiristanlığında dəfn olunub.

Subay idi.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.







Memorial.az