2024/01/revan-3408889734.jpg

line
Adı: Cəfərov
Soyadı: Rəvan
Ata adı: Məhəmmədəli
Doğum tarixi: 10.02.2004
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Cəfərov Rəvan Məhəmmədəli oğlu 2004-cü ildə fevralın 10-u Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Ailənin sonbeşiyi olan Rəvan 2010-cu ildə Əlimərdanlə kənd orta məktəbinin birinci sinifinə gedib. 2021-ci ildə orta məktəbi bitirən Rəvan Cəfərov Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Cəfərov Rəvan Məhəmmədəli oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Rəvan Cəfərov 22 sentyabr 2023-cü ildə böyüdüyü Əlimardanlı kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəvan Cəfərov ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.











Memorial.az