2024/01/xezer-5113425465.jpg

line
Adı: Cəfərov
Soyadı: Xəzər
Ata adı: Qalib
Doğum tarixi: 17.06.1991
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kapitan
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Vətən müharibəsi iştirakçısı» medalı
Cəfərov Xəzər Qalib oğlu 17.06.1991-ci il tarixdə Neftçala şəhərində anadan olub. Kapitan Cəfərov Xəzər Qalib oğlu Qarabağda keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.



Şəhid Cəfərov Xəzər Qabil oğlu 22 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Evli idi.İki qız övladı yadigar qalıb.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı və "Xocəvəndin azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 21.04.2022-ci il tarixli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə nazirinin 0173t №-li 26 iyun 2021-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə Cəfərov Xəzər ölümündən öncə təltif edilib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən kapitan Cəfərov Xəzər Qalib oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.







Memorial.az