2024/01/devid-3408962238.jpg

line
Adı: Cəlilov
Soyadı: Devid
Ata adı: Raufoviç
Doğum tarixi: 29.02.2004
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Cəlilov Devid Raufoviç 29 fevral 2004-cü ildə Xaçmaz rayonu, Köhnə Xudat qəsəbəsində anadan olub. Xudat şəhəri 3 nömrəli orta məktəbdə orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cəlilov Devid Raufoviç Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Xaçmaz rayonu,Xudat qəbiristanlığında dəfn edilib.

Ailəsinin sözlərinə əsasən Devid ailəcanlı, mehriban və səmimi insan idi. Hər kəslə mehriban rəftar edər, hər kəsə yardım etməyə çalışardı. Uşaq yaşlarından polis olmağa marağlı olan Devid, hərbi xidmətdən sonra polis olacağını deyirdi.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Cəlilov Devid Raufoviç ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.










Memorial.az