2024/01/teymu-3409240534.jpg

line
Adı: Dünyamalıyev
Soyadı: İslam
Ata adı: Teymur
Doğum tarixi: 25.06.2004
Şəhid olub: 19.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Dünyamalıyev İslam Teymur oğlu 25 iyun 2004-cü ildə Kürdəmir rayonu Muradxan kəndində anadan olub. Kürdəmir rayonu Muradxan kənd tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Dünyamalıyev İslam Teymur oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Sırxavənd kəndində şəhid olub.

Kürdəmir rayonu Muradxan kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən İslam Dünyamalıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.










Memorial.az