2024/01/samra-1704643323.jpg

line
Adı: Eynəliyev
Soyadı: Samrad
Ata adı: İkram
Doğum tarixi: 08.01.2005
Şəhid olub: 19.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Eynəliyev Samrad İkram oğlu 08 avqust 2005-ci ildə Astara rayonunun Şəmətük kəndində anadan olub.

2010 - 2020 - ci illərdə X. Şəkərov adına Tüləküvan kənd tam orta məktəbində təhsil alıb. 2023-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağrılıb.

Samrad ailənin iki oğlunun böyüyü idi. Yaxınları deyir ki, anası kiçik yaşlarında inciməsin deyə oğullarını qucağında məktəbə aparardı, onların qayğılarını həll edirdi.

19-20 sentyabr döyüşlərində qəhrəmancasına döyüşərək şəhid zirvəsinə ucalan Eynəliyev Samrad doğulduğu Şəmətük kənd qəbiristanlığında sentyabr ayının 22-də rayon ictimaiyyətin nümayəndələrinin iştirakı ilə izdihamla dəfn edilib.


Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Eynəliyev Samrad İkram oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.








Memorial.az