O, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən baş leytenant Ədilzadə Ədil Rövşən oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, şəhid Ədilzadə Ədil Rövşən oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin “Balıqçılıq” ixtisasının 2015-2019-cu illər üzrə məzunu olub.
Memorial.az