2024/01/rizva-3409300238.jpg

line
Adı: Əhmədov
Soyadı: Rizvan
Ata adı: Niyazı
Doğum tarixi: 20.04.1996
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Əhmədov Rizvan Niyazi oğlu 20 aprel 1996-cı ildə Şəki rayonunun Cumakənd kəndində anadan olub. Şəki rayonu Cumakənd kənd tam orta məktəbini bitirib. Uşaqlıqdan idmana və hərb sahəsinə böyük marağı olub.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kurslarında iştirak edib, “gizir” rütbəsi ilə xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əhmədov Rizvan Niyazi oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi şəhərində şəhid olub.

Şəki rayonu Cumakənd kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən gizir Əhmədov Rizvan Niyazi oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.











Memorial.az