2024/01/yus1-1704653130.jpg

line
Adı: Əhmədov
Soyadı: Yusif
Ata adı: Ələsgər
Doğum tarixi: 22.12.1989
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kiçik çavuş
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətənə xidmətə görə» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu –22 dekabr 1989-cu ildə Xocavənd rayonu Günəşli kəndində anadan olub. 1997-ci ildə Azər Quliyev adına tam orta məktəbdə birinci sinifə getmiş, 2008-ci ildə orta təhsilini başa vurub.

Elə həmin il hərbi xidmətə yollanmış, 2010-cu ildə xidmətini başa vuraraq ehtiyata buraxılıb.
2017-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıtmış, N nömrəli hərbi hissədə - həmlə taborunda baş atıcı kimi xidmətə başlayıb.
26.01.2018 – 17.09.2018- ci ildən N saylı hərbi hissədə motoatıcı manqanın komandiri, 17.09.2018- 14.12.2019-cu ildə həmin hərbi hissədə kəşfiyyat manqasının kəşfiyyatçısı, 14.12.2019 – cu ildən isə N saylı hərbi hissənin kəşfiyyat manqasının kəşfiyyatçısı olub.

44 Günlük Vətən müharibəsində həmin hərbi hissənin tərkibində uğurlu döyüş yolu keçmiş,Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

- Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu 19 sentyabr 2023 –cü il tarixdə Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərilə bağlı keçirilən əməliyyatlar zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə təltif edilib.

Şəhidin 4 övladı bizə əmanətdir.



Memorial.az