Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində şəhid olan tabor komandiri Aqil Fayəddin oğlu Əkbərov Lənkəran rayonunun Xolmili kəndində anadan olub.
Tabor komandiri olan Aqil Əkbərovun arzusu, atası kimi hərbçi olmaq olub.
Buna görə də o, imtahan verib və yüksək bal toplayaraq Ali hərbi məktəbə daxil olub. Xidmət dövründə ən nümunəvi zabitlərdən biri kimi yadda qalıb.
Şəhidlik zirvəsinə ucaldığı gündən iki gün əvvəl atası ilə danışan Aqil hər şeyin yaxşı olduğunu bildirib. Atası da ona bir hərbiçi kimi öz məsləhətlərini verib.
Qeyd edək ki, şəhid Aqil Əkbərov ailəli idi və bir azyaşlı övladı var idi.
Azərbaycan ordusunun mayoru olan Əkbərov Aqil "Komando" briqadasında mayor olaraq xidmet edirdi. 19-20 sentyabrda anti-terror tədbirləri zamanı şəhid olub. Lənkəran rayonu,Xolmili qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdu.
Mayor Əkbərov Aqil Fayəddin oğlu ölümündən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.