2024/01/sahid-5114434212.jpg

line
Adı: Əkbərov
Soyadı: Şahid
Ata adı: Natiq
Doğum tarixi: 22.10.1996
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə Kürdəmir rayonun Məhərrəmli kəndində anadan olub. Kürdəmir rayonu Ərəbqubalı kənd tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini bitirdikdən sonra, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb, daha sonra yenidən orduya qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əkbərov Şahid Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonun Dəhrəz kəndində şəhid olub.

Kürdəmir rayonunun Məhərrəmli kənd qəbristanlığında dəfn edilib.

Anası Əkbərova Aybəniz – Şahid başqa bir oğul idi. Həyat dolu, sevgi dolu, istəməli oğul idi. Hərbçi həyatına olan istəyi, vətənə olan sevgisi onu apardı hərbiyə. Maşın sürməyə həvəsi vardı. Maşın sürərkən sanki dincəlirdi. Balıq tutmaq isə onun hobbisi idi. Hər getdiyi ovdan mütləq nəsə gətirərdi. Belə oğulu itirmək bizimçün çox çətindir. Onun şəhid olmağı bizi dərindən sarsıtdı. Biz bu dərdin öhdəsindən necə gələcəyik bilmirəm...

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Şahid Əkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.














Memorial.az