Ələmmədov Xanbaba Ceyhun oğlu 05.07.2004-cü il tarixdə Xudat rayonunda anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ələmmədov Xanbaba Ceyhun oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Ələmmədov Xanbaba Ceyhun oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.