2024/01/elibe-6819256144.jpg

line
Adı: Əlibəyov
Soyadı: Əlibəy
Ata adı: Mirkərim
Doğum tarixi: 29.10.1983
Şəhid olub: 19.09.2023
Rütbəsi: Çavuş
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Əlibəyov Əlibəy Mirkərim oğlu 29 oktyabr 1983- cü ildə Xaçmaz rayonu Bostançı kəndində anadan olub.

Xudat şəhəri 1 nömrəli məktəbi bitirib. Ailəli olmuş, 2 qız və 1 oğlan övladı var.

Ailəsinin sözlərinə əsasən Əlibəy ailəcanlı və vətənpərvər insan idi. Hər zaman ətrafındakı insanlara yardım edərdi. Hərbiçi yoldaşları onun çox mərd, qorxmaz, cəsarətli və təcrübəli hərbçi olduğunu söyləyirdilər. Əlibəy həmçinin Vətən müharibəsi iştirakçısı idi. O bu döyüşlərdə xüsusi mərdlik və cəsarət göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Əlibəyov Əlibəy Mirkərim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.


Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən çavuş Əlibəyov Əlibəy Mirkərim oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.











Memorial.az