Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Əliyev Sərxan Rabil oğlu 2003-cü ildə Neftçala şəhərində doğulub.
Yaxınları bildirir ki, uşaq yaşlarından nizam – intizamına görə həmişə öz yaşıdlarından seçilirdi. Şəhər 3 saylı tam orta məktəbi bitirən Sərxan Əliyev 2021-2023-cü illərdə həqiqi xidmətdə olub.
Bu ilin aprel ayından isə müddətdən artıq xidmətini davam etdirib. Ürəyində daşıdığı böyük vətən sevgisi onu hərb sənətinə bağlayıb.
Qeyd edək ki, Sarxan Əliyev ailənin iki oğul övladından biri idi. Subay idi.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Əliyev Sərxan Rabil oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.