2024/01/vel2-1705415770.jpg

line
Adı: Əliyev
Soyadı: Vəliyulla
Ata adı: Elmanoviç
Doğum tarixi: 16.03.1994
Şəhid olub: 20.09.2023
Rütbəsi: Baş-leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Əliyev Vəliyulla Elmanoviç 16 mart 1994-cü ildə Dərbənd şəhərində anadan olub.

Hərbi məktəbi Azərbaycanda oxuyub, məzun olduqdan sonra da Azərbaycanda işləyib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək ağır yaralanıb və müalicə aldıqdan sonra xidmətə davam edib.

Azərbaycan ordusunun baş leytenantı Əliyev Vəliyulla komando briqadasında xidmət edirdi.

Vəliyulla Əliyev 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub.

Bakı Şəhər İkinci Fəxri Xiyabanda dəfn edilib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən baş leytenant Əliyev Vəliyulla Elmanoviç ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.









Memorial.az