2024/01/hemid-8527411485.jpg

line
Adı: Həmidli
Soyadı: Həmid
Ata adı: Əlisahib
Doğum tarixi: 28.07.1996
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kapitan
Təltifləri
«İgidliyə görə» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhid olan hərbçilərimizdən biri də Həmid Əlsahib oğlu Həmidlidir.

O, 1996-cı ildə Beyləqanda anadan olub.

2013-cü ildə Cəmşid Naxçıvanskı adına Hərbi Liseyi, 2017-ci ildə isə H.Əliyev adına AAHM-i tankçı ixtisası üzrə bitirib.

2017-ci ildə leytinant rütbəsi alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri vəzifəsinə, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub. 2019-cu ildə Azərbaycan Ordusunda "Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışda bölüyü ilə birgə l yer qazanıb. Qısa müddət ərzində tabor komandiri və kapitan rütbəsinə yüksəlib.

O, dəfələrlə döyüş tapşırıqlarının yerinə yetirilməsində və xidmətdə fərqlənməsinə görə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü”adı uğrunda keçirilən yarışlarda, Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərinə görə hərbi hissə komandirləri və baş qərargah rəisi tərəfindən dəfələrlə medal və Fəxri fərmanlarla tərtif edilib.

44 günlük müharibə zamanı isə Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına görə medallarla təltif edilib. Həmçinin "İgidliyə görə", "Şücaətə görə", “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur döyüşçü” medallarına da layiq görülüb.

2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin ən yaxşı tank bölüyü komandiri seçilən baş leytenant Həmid Həmidli Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə idarə etdiyi tankla gecədən səhərədək düşmənin yüzlərlə canlı qüvvəsini, 1 hərbi yük maşınını, 1 tank və 1 PDM-i məhv edib.



Düşmənin raket zərbəsi ilə vurduğu tankın içərisindən özünü və 3 yoldaşını sağ çıxarıb. Həmid həm də onlarla yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Ağır yanıq xəsarətləri alsa da, sağalıb və yenidən hərbiyə yollanıb.

Yaxınlarının sözlərinə görə, Həmid torpaqlarımızı işğaldan azad edildiyi, şəhidlərimizin qanı yerdə qalmadığı üçün çox sevinərdi:



“Bu elə bir yol idi ki, sonu hər bir halda yaxşı olacaqdı. Ya qalib gələcəkdik, ya qazi olacaqdıq, ya da şəhadət şərbətini içəcəkdik”, - qohumları Həmiddən sitat gətirir.

Qeyd edək ki, şəhid Həmid Həmidlinin iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən kapitan Həmidli Həmid Əlisahib oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.








Memorial.az