Həsənli Ərzulla Mübariz oğlu 04.01.2004-cü ildə Qobusta qəsəbəsində anadan olub.
Evin son beşiyi olan Ərzulla Həsənli hələ 10 yaşında olarkən hazırladığı səhnəcikdə özünü şəhid kimi təsvir etmişdi. Məktəbi bitirrdikdən sonra hərbi xidmətə yollanmışdı.11 ayın əsgəri idi.
Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Ərzulla Həsənli Qobustan qəsəbəsində dəfn edilib.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev in müvafiq Sərəncamlarına əsasən əsgər Həsənli Ərzulla Mübariz oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.