Həsənov Həsən Zabit oğlu 08.03.1995-ci ildə Samux rayonu, Bağbanlar kəndində anadan olub.
Kiçik çavuş Həsənov Həsən Zabit oğlu Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarında həlak olub.
Subay idi.
21 sentyabr 2023-cü il tarixdə Gəncə şəhər İmamzadə Kompleksində dəfn edilib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən Kiçik çavuş Həsənov Həsən Zabit oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.