Həsənov Şamil Şiraslan oğlu 18.07.1988-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub.Gizir Şamil Həsənov 44 günlük müharibədə iştirak edib. Şuşaya qədər irəliləmişdi.
Qardaşı Famil Həsənzadə ilə çiyin-çiyinə döyüşmüşdü.Qardaşı Famil Həsənzadə noyabrın 8-i Şuşada Sığınaq kəndində şəhid olub.
Qardaşının şəhid olmasına baxmayaraqki Şamil ön cəbhədə xidmətinə davam edib.
O özünə söz vermişdi ki,qardaşının qisasını alacaq.
Şamil Həsənov 24 saatlıq antiterror əməliyyatı zamanı sentyabrın 20-si Ağdamın Abdagülablı kəndində snayperlə ürəyindən bir güllə alaraq şəhadətə yüksəlib.
İki gün meşədə qaldıqdan sonra neytral zonadan nəşi çıxarılaraq ayın 22si Beyləqan rayonu Kəbirli kənd qəbirsanlıgında dəfn olunub.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən Gizir Həsənov Şamil Şiraslan oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.