Məhəmməd Şəfahət oğlu Hüseynov da Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizdəndir.
Şəhid Məhəmməd Şəfahət oğlu Hüseynov Lənkəran rayonunun Viyən kəndində doğulub boya başa çatıb.
Yaxınları bildirir ki, Məhəmməd Hüseynovun daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var idi. Ürəyindəki vətən sevgisi elə bir böyüklükdə idi ki, tərəddüd etmədən ölümü gözə alıb antiterror tədbirlərinə qatılıb.
Qeyd edək ki, hərbçimizin ordudan tərxis olunmağına 10 günü qalmışdı.
Şəhid Lənkəran rayonunun Viyən kəndində torpağa tapşırılıb.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən əsgər Məhəmməd Şəfahət oğlu Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.