Hüseynzadə Mirmusa Vüqar oğlu 4 noyabr 2003-cü ildə Lənkəran rayon İstisu qəsəbəsində seyd ailəsində anadan olub. Atası Vüqar fəhlə, anası Zivər xanım evdar qadındır. 4 qardaşın ilki idi Mirmusa. 2021-cu ildə Rəsul Qurbanov adına tam orta məktəbin 11-ci sinifini bitirmişdi.
Məktəb illərində hər zaman özünü intizamlı, bacarıqlı və çalışqan şagird kimi göstərmişdi. Vətənə sevgi imandan gəlir! Vətən sevdalı Mirmusa rəsm ilə məşğul olduğu üçün məktəbi bitirdikdən sonra Dövlət İmtahan Mərkəzinə imtahan verərək Odlar Yurdu Kollecində Dizayn üzrə təhsil almağa müvəffəq olmuşdu.
Yaradıcı insanlar cəmiyyətdə əminamanlığın, barış və sülhün, insanlığın qorunmasına töhvə verən kəslərdir. Mirmüsanın şəkdiyi rəsmlərdə Vətənə, dövlətə,İnsanlığa sevgini əks etdirir. Vətənə xidmət vaxtı çatdığı üçün təhsilini donduraraq 13.01.2022 hərbi xidmətə yollandı. Hərbi xidmətdə olduğu müddətdə də özünü cəsur, qorxmaz və igid Azərbaycan əsgəri kimi göstərmişdi. Komandir və əsgər heyəti arasında öz hörmət və sevgisini qazanmışdı.
Nümunəvi xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamə və mükafatlara layiq görülmüşdü. Xidmət müddətinin tarixinin 13.07.2023 vaxtda bitməsinə baxmayaraq hərbi formaya və Vətənə olan sevgisindən irəli gələrək yenidən xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi.
Bütün imtahanları uğurla başa vuraraq istəyinə nail olaraq Komando kursunu müvəffəqiyyətlə bitirərək “N” saylı hərbi hissədə Komando bölməsində xidmətə başlamışdı. Komando bölməsində kiçik komandir kimi xidmətə başladığı gündən tabeçiliyində olan şəxsi heyətin döyüş hazırlığı, bilik və bacarıqlarını artırmağa nail olmuşdu. Komando təlimlərində digər kiçik komandir heyətindən yaxşı nəticələrinə görə fərqlənmişdi.19 Sentyabr 2023-cü ildə mənfur düşmənin Xankəndi -Ağdam istiqamətində törətdiyi antiterror əməliyyatının qarşısını almaq məqsədi ilə döyüşlərə qatılmışdı.Döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına Şəhid olaraq şəhidlik zirvəsinə yüksəlmişdi.