Gizir Xanəliyev İsmayıl Ziyad oğlu 20.07.1999-cu ildə Salyan rayon Şəkərli kəndində anadan olub.
19 sentyabr 2023-cü il tarixdə Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma zamanı, 24 saat davam edən hərbi əməliyyatlar nəticəsində qəhrəmancasına şəhid olub.
Rayonun Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Gizir Xanəliyev İsmayıl Ziyad oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.