İmamaliyev Etibar Hicran oğlu 22.11.1995-ci ildə Hacıqabul rayonu Qarasu kəndində anadan olub.
Çavuş İmamaliyev Etibar Hicran oğlu 22.09.2023-cü ildə Antiterror əməliyyatı nəticəsində şəhid olub.
Şəhidimizin bir qız övladı var.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İmamaliyev Etibar Hicran oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.