2024/01/doni6-1706291583.jpg

line
Adı: İsmayılov
Soyadı: Vüqar
Ata adı: Məmmədqasım
Doğum tarixi: 17.10.1992
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kiçik-leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
İsmayılov Vüqar Məmmədqasım oğlu 1992-ci ilin oktyabr ayının 17-də Şabran rayonunda sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biri, evin böyük oğlu idi.

Orta məktəbi bitirdikdən sonra, 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Orta məktəbdə oxuyarkən həm də idmanla, sambo ilə məşğul olub.

Hərbi xidmətini başa vurduqdan sonra isə həyatını yenidən hərb ilə bağlayıb.

6 il Daxili Qoşunlarda, sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib.

Kiçik leytenant hərbi rütbəsini daşıyıb.

2016-cı il Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, 2022-ci il “Qisas” əməliyyatının və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının iştirakçılarından olub.

Antiterror əməliyyatı zamanı, 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.



Nəşi isə 3 gün sonra, sentyabrın 23-də Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin atası İlqar İsmayılov oğlunun vətənpərvərliyindən danışıb: “Vətənini o qədər sevib ki, düşmənin üstünə gözünü qırpmadan gedib. Son damla qanına qədər vuruşub. Babası ona “Doni” ləqəbi vermişdi. Böyük Vətən müharibəsində iştirak edə babasının yolunu getdi”.



Şəhidin dostu Heydər Həşimov isə Vüqarın Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib.

“Deyirdi ki, neytralda heç vaxt şəhid qoymamışam. Gözləyirdim, duman olan kimi gedib gətirirdim. 3 gün mühasirədə qalmışdı. Yaralı halda 5 ermənini öldürmüşdü”, – o söyləyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmayılov Vüqar Məmmədqasım oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.










Memorial.az