2024/01/zeyn6-1706293284.jpg

line
Adı: İsmiyev
Soyadı: Zeynal
Ata adı: Mustafa
Doğum tarixi: 02.07.2005
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
İsmiyev Zeynal Mustafa oğlu 2 iyul 2005-ci ildə Lənkəran rayonunda anadan olub. Xətai rayonu, 263 nömrəli orta məktəbdə orta təhsil alıb. Məktəbin 2021-2022-ci il məzunu olan şəhidimiz daha sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. O, kollecin "Turizm işinin təşkili" ixtisası, 565 saylı qrup tələbəsi olub. Şəhid Kooperasiya liseyində təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmiyev Zeynal Mustafa oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.

Lənkəran şəhərindən olan 18 yaşlı qəhrəman Zeynal Mustafa oğlu İsmiyev sadəcə 2 ayın əsgəri olub.

Şəhidimzi Suraxanı rayonundakı Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmiyev Zeynal Mustafa oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.