2024/01/rafet-1706343440.jpg

line
Adı: Qarayev
Soyadı: Elmin
Ata adı: Rafət
Doğum tarixi: 15.12.1999
Şəhid olub: 19.09.2023
Rütbəsi: Kiçik çavuş
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Qarabağda antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Qarayev Elmin Rafət oğlu 1993- cü ildə Ağdam rayon Üçoğlan kəndində anadan olub. 2017-ci ildə orta məktəbi bitirib. Həmin ildə də hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan sonra Hərbi xidmətdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb.

Elmin uşaq yaşlarından vətənə, xalqına bağlı bir uşaq olub. Ürəyində daşıdığı böyük vətən sevgisi onu 44 günlük müharibədə iştirak edən qəhrəmanlardan birinə çevirib.

Elmin qardaşı deyir ki, sonuncu dəfə onunla şəhidlik zirvəsinə ucaldığı gündən 3 gün əvvəl danışıb.

Qeyd edək ki, şəhid Elmin Qarayev ailəli olub, 1 oğul övladı var.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qarayev Elmin Rafət oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.







Memorial.az