Qasımov Qərib Şahbaz oğlu 1997-ci il oktyabrın 25-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Qasımov Qərib təhsilini Yuxarı Öysüzlü kənd orta məktəbində alıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Qərib Şahbaz oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Qasımov Qərib Yuxarı Öysüzlü kənd Qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov Qərib Şahbaz oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.