2024/01/inqil-3412748920.jpg

line
Adı: Qasımzadə
Soyadı: İnqlab
Ata adı: Füzuli
Doğum tarixi: 22.01.2005
Şəhid olub: 20.09.2023
Rütbəsi: əsgər
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı
Qasımzadə İnqlab Füzuli oğlu. 22.01.2005-ci ildə Suraxanı rayonu Zığ qəsəbəsində anadan olub. 290 nömrəli məktəbi bitirib.

2023-cü il 20 sentyabr antiterror əməliyyatının bitməsinə iki saat qalmış saat 11-də Ağdam istiqamətində gedən döyüşlərdə düşmən snayper tərəfindən vurularaq şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımzadə İnqlab Füzuli oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.







Memorial.az