Məmmədov Eltun Vüqar oğlu 27.01.2004-cü ildə Samux rayonunda anadan olub.
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında Şəhid olan Məmmədov Eltun Vüqar oğlu 23 sentyabr 2023-cü il tarixində Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında dəfn edilib.
Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Məmmədov Eltun Vüqar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Vətən uğrunda” medalı ilə təltif edilib.