Röyal Asif oğlu Məmmədov 12 fevral 1997-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulub. Atası Mamedov Asif — KT üzrə Gəncə İnstitutunu bitirmiş, bir müddət bu sahə üzrə işlədikdən sonra şəxsi işində işini davam etdirib. Anası Əsədova Məhsəti — Mədəni maarif işlərində işləmiş, Ağdam rayonu üzrə kitabxana müdiri olub. Qardaşı Xəyal Mamedov — antiterror əməliyyatlarında iştirak etmiş və bu döyüşdə komandir köməkçisi olaraq döyüşərkən olduğu maşını erməni PUA-ları vurmuş və son anda xilas ola bilib. Digər qardaşı Vüsal Mamedov — Ali Təhsilini Bakı Dövlət Universiteti üzrə bitirmiş və daha sonra Azərbaycan Respublikasının qulluğunda xidmətini etmiş və hal-hazırda hərbi xidmətini Bakı şəhəri N saylı hərbi hissədə XTQ üzrə davam etdirir.
2019-cu ilin noyabrın 24-ü sevdiyi xanım Qəmzə Məmmədova ilə ailə qurub, 2020-ci ildə ilk övladı Ramal Məmmədov dünyaya gəlib. 2023-cü ilin iyulun 20-də isə 2-ci övladı olan Röya Məmmədova dünyaya gəlib.
Hərbi xidmətləri
2017-ci il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəranda olan hərbi hissəsində Astara zasdavasında hərbi xidmətə başlayıb.
Hərbi xidmətdə olarkən öz öhdəliyinə düşən xidmətini layiqincə yerinə yetirmiş Komandiri tərəfindən fəxri fərmanlar verilib.
2019-cu ili ilin yayı hərbi xidmətini yüksək bacarıqla başa vurub. 2020-ci ilin avqustun 19 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ağcabədidiə olan N saylı hərbi hissəsində MAHHXQ (əsgər) kimi işə başlayıb. Azərbaycan Respublikasında 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər davam etmiş İkinci Qarabağ müharibəsində yaxından iştirak etmiş və Tərtər rayonunda, Suqovuşan, Talış kəndlərində gedən döyüşlərdə iştirak edib.
44 günlük vətən müharibəsində yüksək şücaət göstərərək düşmənin canlı qüvvəsini və çox saylı texnikasını məhv edib. Bununla yanaşı bir çox texnikanın qənimət götürülməsində yaxından iştirak edib.
Vətən müharibəsində qazi olub. Vətən müharibəsindən sonra Leytenant rütbəsini almış və Zəngilan rayonunda zasdava zampaliti kimi xidmətini davam etdirib.
Bu xidmətini 6 ay sərhəd qoşunlarında davam etdirdikdən sonra 2021-ci ilin may ayında Ağcabədi rayonunda N saylı hərbi hissəsində bölük zampaliti və bölük komandiri əvəzedicisi kimi xidmətini davam etdirib.
2023-cü ilin fevralında komando kursuna getmiş və bu kursda yüksək nəticə göstərib.
Komanda kursunu aprel ayında məharətlə bitirmiş və yenidən öz xidmətində müvəfəqiyyət göstərərək 2023-cü ilin mayında 3 aylıq komando kursunda iştirak edib.
Leytenant Röyal Məmmədov, 2023-cü ilin 19 Sentyabrında başlanan Anti-terror əməliyyatı zamanı Xocavənd rayonu, Qarakənd ərazisində gözündən aldığı güllə yarası ilə şəhaddətə ucalıb.