Məmmədov Samir Aqil oğlu 15.06.1988-ci ildə anadan olub.Əslən Ağdamın Mərzili kəndindəndir.
Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarında müddətdən artıq xidmətə qayıtmışdı. O, kiçik çavuş kimi 2020-ci ilin 44 günlük Zəfər döyüşlərindən keçmişdi.
2023-cü ilin sentyabrın 20-də isə Ağdərənin və ətraf ərazilərin düşməndən təmizlənməsi əməliyyatı zamanı «Qara mərmər» zavodu uğrunda gedən döyüşlərdə şəhid olub.
Samir Aqil oğlu Məmmədovun Ağcabədidəki şəhid məzarlığında dəfn edilib.
Şəhid əsgər döyüş meydanında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.