2021/10/24769-1635408667.jpg

line
Adı: Əmənov
Soyadı: Məhəmməd
Ata adı: İltizam
Doğum tarixi: 18.09.1996
Şəhid olub: 20.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Vətən Müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən ən ali mükafat "Qarabağ" ordeni ilə təltif olunan hərbiçilərimizdən biri də biləsuvarlı qəhrəman döyüşçü, şəhid Məhəmməd İltizam oğlu Əmənovdur. Məhəmməd 1996-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Ordu sıralarında gizir kimi xidmət edib.

Atası İltizam Əmənov deyir ki, vətənpərvərlik ruhu Məhəmmədə Milli Qəhrəman Mübariz İbrahimova olan dərin ehtiramından doğmuşdu: "Ata, mən də Mübariz kimi qəhrəman olacağam!"...



Qəhrəman Mübariz İbrahimovdan imhamlanan Məhəmməd hərbi xidmətini başa vurduqdan sonra yenidən sənədlərini Müdafiə Nazirliyinə təqdim edərək hərbi hissələrin birində gizir kimi vətənin keşiyində durub. İlk döyüşə 27 sentyabrda Goranboy istiqamətində tank komandiri kim qatılıb. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn edilib.

Vətən qarşısındakı xidmətlərinə görə Əmənov ölümündən sonra Prezident tərəfindən "Qarabağ" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

“Döyüşlərə dostu ilə birlikdə getmişdilər. Əsgər dostu da tank komandiri kimi Qubadlı istiqamətində döyüşürdü. Dostu şəhid olan günü mənə zəng edib dostunu soruşdu, yaralandığını bildirsəm də gözləri yaşardı və mənə son vəsiyyətini elədi”.



Həmyerlisi ilə fəxr edən Məhəmməd şəhid Mübarizə oxşamaq, onun kimi igidcəsinə şəhid olmaq arzusunda olub. İlk dəfə Aprel döyüşlərində iştirak edən Məhəmməd düşmənə ordumuzun iradəsini göstərən döyüşçülərimizdən olub.

Məhəmməd ailəsilə sonuncu dəfə 19 oktyabrda danışıb. Növbəti gün, oktyabrın 20-də ağır döyüşə qatılacaqlarını bildirərək anasına şəhid olarsa ağlamamasını tapşırıb.

Şəhid olmaq Məhəmmədin son arzusu olduğu üçün Əmənovlar ailəsi onun bu istəyini qürur hissi ilə dilə gətirirlər.