2021/06/Nemə-1623697748.jpg

line
Soyad: Cavadlı
Ad: Nemət
Ata adı: Cavid
Doğum tarixi: 03.06.1995
Şəhid olub: 31.10.2020
Rütbə: Gizir
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı
Hərb meydanında dünyaya səs salan xüsusi təyinatlılarımız Vətən müharibəsində öz qəhrəmanlıqları ilə yaddaşlara həkk olunub. Belə igidlərimizdən biri də İmişli şəhərindən olan şəhid Nemət Cavadlıdır. 25 yaşlı qəhrəmanımız Vətən müharibəsində düşmənə sözün əsl mənasında cəhənnəm yaşadıb.

Cavadlı Nemət Cavid oğlu 3 iyun 1995-ci ildə İmişli rayonunda anadan olub. 2001-ci ildə N.Nərimanov adına 1 saylı orta məktəbə daxil olub, 2012-ci ildə məktəbi bitirib.

2015-ci ildə gizir kurslarına gedib, kursu bitirdikdən sonra Qusar rayonunda BTR komandiri kimi hərbi fəaliyyətə başlayıb. 2016-cı il hərbi hissənin tərkibində BTR komandiri kimi döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsindən sonra öz hərbi hissəsinə qayıdaraq Hərbi Komissiyanın şeçimi ilə Xüsusi Təyinatlı Qüvvələrdə kurs keçib.

2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayandan döyüş bölgəsində olub. 35-36 gün müharibədə döyüş yolu keçib. Müharibə zamanı düşmənin beş tankını, iki hərbi maşınını, içində canlı qüvvəsi olmaq şərtilə, ayrı-ayrı yerlərdə yenə xeyli sayda canlı qüvvəsini məhv edib.

Döyüş yolu Kəlbəcərdən başlayıb, Cəbrayıl, Füzuli istiqamətində bütün ərazilərin işğaldan azad edilməsində iştirak edib. Axırıncı döyüşü Daşaltının alınması uğrunda olub. Şuşanın 3 kilometrliyində oktyabrın 31-i Daşaltı kəndində şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib.





memorial.az