2021/01/90412-3223462144.jpg

line
Adı: Rzazadə
Soyadı: Həsən
Ata adı: Vüqar
Doğum tarixi: 15.06.1994
Şəhid olub: 01.11.2020
Rütbəsi: baş leytenant
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Vətən yolunda xidmət etdi, torpaq uğrunda döyüşdü və uşaqlıq arzusuna çatdı. Əlbəttə, onu heç kim bu müqqədəs məqsəddən çəkindirə bilməzdi. İndi ailəsi, döyüş yoldaşları, bir sözlə onu tanıyan hər kəs Həsən Rzazadənin igidliyindən danışır...

Azərbaycan Ordusunun baş leytenantı Həsən Rzazadə 1994-cü il iyunun 15-də Bakıda hərbçi ailəsində anadan olub. Əslən Zəngilan rayonundan olan Həsən uşaqlıqdan hərbiyə maraq göstərib və o, Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. 2019-cu ilin yanvar ayından etibarən Əfqanıstanda beynəlxalq sülhməramlı taborda xidmət göstərib. Tabor Kabulda beynəlxalq aeroportu mühafizə edirdi. Həsən Rzazadə "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı ilə təltif edilib.


Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 


Həsən Rzazadə noyabrın 1-da Laçın döyüşləri zamanı şəhid olub.


Atası Vüqar Rzayevin sözlərinə görə, Vətən müharibəsi başlayan ilk gündən oğlu könüllü olaraq döyüşlərə qatılıb.O, Zəngilan-Qubadlı-Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Həsən Rzazadə bir neçə vacib yüksəkliklərin azad olunmasında birbaşa iştirak edib. Düşmənin canlı qüəvvəsini məhv edib, bir neçə texnikasını sıradan çıxarıb.


 




Şəhidimizin atası Vüqar Rzayev deyir ki, Həsən daim Zəngilanın işğaldan azad olunmasında onun da xidmətinin olmasını arzulayıb. Elə bu arzusuna çatdıqdan sonra şəhid olub.


Döyüş yoldaşları və komandirləri deyirlər ki, Həsən qorxmaz və güclü bir insan xarakterinə malik idi. Elə bunun nəticəsində də döyüşlər zamanı erməni hərbçiləri yüksəkliklərdə yerləşən postları döyüş zamanı qoyub qaçmağa üstünlük verirdilər.


Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Həsən Rzazadə ''Qarabağ'' ordeni" , "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.