44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları qəhrəmanlıq dastanı yazdılar. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, baş leytenant İbrahim Abdullayevdir. O, 20 iyul, 1994-cü ildə anadan olub.
Vətən Müharibəmiz zamanı Murovdağ yüksəkliyi və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşub, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İbrahim Abdullayev "Qarabağ" ordeni, "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.