2021/01/hqdef-1611835767.jpg

line
Soyad: Babayev
Ad: Pərvin
Ata adı: Hüseyn
Doğum tarixi: 26.09.2001
Şəhid olub: 05.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən mərd oğullarımızdan biri də Pərvin Babayevdir. Pərvin Hüseyn oğlu Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbdə təhsil alıb.

Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.


Əsgər Pərvin Babayev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgidimiz oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. O, Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Pərvin Babayev ölümündən sonra  "Vətən uğrunda" , "Cəsur döyüşçü" , "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.