2021/01/sehid-1611839420.jpg

line
Soyad: Hüseynov
Ad: Ülvü
Ata adı: Möhsün
Doğum tarixi: 16.04.1988
Şəhid olub: 07.11.2020
Rütbə: Kapitan
Təltifləri
«Qarabağ» ordeni«Vətən Müharibəsi Qəhrəmanı» medalı«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Ülvü Möhsün oğlu Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub. Qələbəyə aparan Aprel döyüşlərinin iştirakçısı olub.

Azərbaycan Ordusunun kapitanı olan Ülvü Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Ülvi Hüseynov Füzuli, Hadrut, Qubadlı, Laçın rayonlarında döyüş yolu keçib. Düşmənin 15 ədəd hərbi texnikasını ələ keçirib ordumuza təhvil verib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Hüseynov noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Şəhid kapitanımız II Fəxri Xiyabanda dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkə göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdridiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov  "Qarabağ" ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bundan əlavə kapitan Ülvü Hüseynov «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı, «Vətən Müharibəsi Qəhrəmanı», «Şücaətə görə», «Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə), «Cəbrayılın azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı və «Şuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.