Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
Kapitan Şikarov Nəcəf Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Şuşa-Xocavənd döyüşlərində iştirak edib. Füzuli rayon Alxanlı kəndi istiqamətində mühasirəyə düşən əsgər və zabit heyətinə yardım etmək üçün düşmən səngərinə daxil olur. İki ermənini silahla, digərini əlləri ilə boğaraq öldürüb. Lakin, düşmənin atdığı güllə onu şəhidlik zirvəsinə ucaldır. Şəhid Şikarov Nəcəf İkinci Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, Nəcəf Şikarovun atası Birinici Qarabağ döyüşlərində iştirak edib, üç dəfə yararlanmasına baxmayaraq döyüşlərə yenidən qayıdıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları lə təltif edilib.