2021/01/90600-1611838974.jpg

line
Adı: İlyasov
Soyadı: Fərid
Ata adı: İbad
Doğum tarixi: 20.07.1999
Şəhid olub: 30.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (I dərəcə)

Vətən müharibəsində xüsusi rəşadət göstərmiş qəhrəmanlardan biri də Fərid İlyasov olub.


Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub.Əslən Laçın rayonunun Hacılar kəndindən olan 22 yaşlı xüsusi təyinatlımız Qarabağ torpağında düşmənə sarsıdıcı zərbələr vurub.


2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyib.

Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki,xidmət edirdi.

2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparılıb.
F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucalıb.
Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun yanında dəfn olunub.
Fərid xüsusi təyinatlılarda xidmət etdiyi müddətdə fəxri fərmanlar və fərqləndirmələrlə təltif olunub.

Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" , "Hərbi xidmətdə fərqlənməyə görə" , "Şuşanın azad edilməsinə görə" "İgirdliyə görə" orden və medalları ilə təltif olunub.

Fəridin ən böyük arzusu anasına bir ovuc Vətən torpağı gətirmək idi. Elə bu məqsədlə də ailəsinə belə demədən müharibəyə yollanmışdı.


Şuşa uğrunda gedən döyüşlərdə bir saat ərzində 28 ermənini öldürən F.İlyasov ailəsinə vətəni onlardan çox istədiyini deyib.

Anası Bəsirə İlyasova deyir ki, hər gecə Fərid üçün dua edir:

“Həmişə deyirdi ki, ana inciməyin, mən vətəni sizdən çox istəyirəm. Birinci vətən, sonra ata ilə səni sevirəm. Mən Laçına, o torpaqlara getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım. Hər gecə dua edirəm ki, Fərid yuxuma gəlsin, amma gəlmir”.

Şəhidin atası İbad İlyasov deyir ki, ürəyimə dammışdı ki, oğlum şəhid olub:

“Axşam evdə oturmuşduq. Fəridin babası ilə icra nümayəndəsi gəlib dedi ki, oğlun yaralanıb. Yenə inanmadım... Bu gün də inanmıram ki, oğlum şəhid olub, elə bilirəm ki, Naxçıvanda işdədir”.