2021/01/12246-1611845351.jpg

line
Soyad: Nəcəfov
Ad: Cəmil
Ata adı: Nəcəf
Doğum tarixi: 24.06.1993
Rütbə: baş leytenant
Təltifləri
«Qarabağ» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı
Nəcəfov Cəmil Nəcəf oğlu 1993-cü il iyunun 24-də Bakının Binəqədi rayonunda anadan olub.

AAHM məzunu olan Cəmil qısa müddətdə baş leytenant rütbəsinə yüksəlib. Qarabağı 1993-cü il təvəllüdlü gənclər azad edəcək deyən Cəmil 2016-ci ilin aprel döyüşlərində də iştirak edib.

44 günlük Vətən Müharibəsində Suqovuşan, Füzuli, Cəbrayıl və Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, Sonuncu dəfə oktyabrın 7-də ailəsi ilə danışıb.

Cəmil Nəcəfov oktyabrın 9-da Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Cəmil Nəcəfov ölümündən sonra “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.




memorial.az