2021/09/nail--1631868807.jpg

line
Soyad: Abakarov
Ad: Nail
Ata adı: Müzəffər
Doğum tarixi: 24.07.2001
Şəhid olub: 02.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Abakarov Nail Müzəffər oğlu 2001-ci ilin iyul ayının 24-ü Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-cu ildə Kazan şəhəri, 79 saylı İnternat məktəbinin 1-ci sinfinə qədəm qoyub. 2011-ci ildə ailəsi Rusiya Federasiyasından Azərbaycanın Zaqatala şəhərinə köçüb. Nail 2011-ci ilin sentyabr ayında Zaqatala şəhər İnternat məktəbinə daxil olub.

Nail 2018-ci ildən Zaqatala şəhərindəki Nizami Hüseynov adına 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib və 2020-ci ildə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə çağırılıb.

2020-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin Suqovuşan istiqamətində şəhid olub.

Oktyabrın 4-də Zaqatala rayonunun Aşağı Çardaxlar kənd qəbristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nail Abakarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Nail Abakarov, həmçinin, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.